воскресенье, 13 апреля 2014 г.

Allahın möcüzəsi







Biz sizə yalnız baramaqurdu və hörümçək  haqqında   

 maraqlı  məlumatlar verdik. Ancaq yer üzündə yüzlərlə 

 bilmədiyimiz canlı növləri var .Onları tanıdıqca 

Rəbbimizin qüdrətini bir dəfə daha anlamış olarıq.

Həqiqətən heyvanlarda da sizin üçün bir dərs (ibrət) 


vardır ... (Mu'minun Surəsi, 21)






















Hörümçək haqqında bilmədiklərimiz

       Hörümçək öz tellərindən nəsil artirmaq üçün də istifadə edir.O,tellərdən barama hörüb ora yumurta qoyur. Bir azdan bu evcikdə hörümçək balaları əmələ gəlir.
 Hörümçək havanın necə keçəcəyini əvvəldən bilir.Belə deyirlər ki,əgər çay qırağında yaşayan hörümçək torunu çox hündürdə qurursa,deməli,yazda güclü sel olacaq.

Hörümçəyin müxtəlif növləri var. Onlar zərərli həşəratları öldürməklə təbiətə xeyir verirlər.


Lakin elə elə hörümçəklər də var ki,onların zəhəri nəinki insanı ,hətta atı və dəvəni də öldürə bilər.



                Əziz dostlar,rəng dəyişən hörümçəklər olduğunu bilirdinizmi?Onlar                        rahatliqla 
çiçəyin,yarpağın və s  rəngini alaraq gizlənirlər.                                  




ABŞ da hörümcək torundan bronejilet (güllə qoruyucu)kimi istifadə olunması qənaətinə gəlmişlər.Çünki hörümçək toru cox yüngül,möhkəm olduğundan onu əsgər formasının altında asanlıqla gəzdirmək olur.
O şüşə kimi möhkəm,neylon kimi elastik,möhkəmliyinə görə poladdan üstündür.
 http://rus.ruvr.ru/2011/04/04/48410452/

Hörümçək torunun daha bir xeyirli tərəfini də nənələrdən öyrəndik.Sən demə,keçmişdə hörümcək torundan qanaxmanı dayandırmaq üçün  istifadə edirlərmiş.
Bir hörümçək növünün şəbəkə ipliyi Amerikada əməliyyat ipliyi olaraq istifadə edilməkdədir.

Daha bir bilmədiyimiz məlumatı sizin nəzərinizə çatdırardıq.Hörümçəyi biz həşərat bilirdik.Amma bu belə deyilmiş. Hörümcək hörümçəkkimilər dəstəsinin buğumayaqlılar sinfinə aid böcək növüdür.



Hörümçək, Allahın yaratdığı möcüzə canlılardan yalnız biridir. Hörümçəyin çıxardığı ipək, günümüz texnologiyasına istiqamət vermişdir.












суббота, 12 апреля 2014 г.

Hörumcək möcuzəsi

                      Biz artıq neçə gündür ki ,internet           
        və kitablardan hörümçək  haqqında məlumat toplayırıq.


Hörümçək haqqında bəzi məlumatlar öyrəndik. 

 Araşdırmalarımıza ağac budaqlarında,köhnə tikililərdə ,kollar üzərində hörümçək torlarını müşahidə etməklə başladıq. 
 



Bizə məlum oldu ki hörümçək tor qurub xəlvət yerdə gizlənir. Tordan xəbəredici tel uzanır. Hörümçək telinin titrəyişi xəbərdarlıq sayılır. Hörümçək öz gizli yerindən çıxır və ovuna hücüm edir. Ancaq o, xəbərdarlıq telinin hər bir titrəyişinə cavab vermir, yalnız müəyyən təsirlərlə , həşəratların hörümçək toruna düşməsindən əmələ gələn titrəyişlərə cavab verir. 
Hörümçəyin toru çox nazikdir.Onu gözlə görmək mümkün olmur. Hörümçəyin öz torunu qurması  çox yüksək bir qabiliyyətdir.Onun qarnında maye ifraz edən vəzilər var.Bu maye havaya çıxan kimi bərkiyib telə çevrilir. Hörümçək bu telin bir ucunu  tavana ,kola və ya budağa yapışdırır. O tellərdən tor hörür.Tora cücü düşən kimi onun başının üstünü alır,zəhərli çənəsi ilə onu öldürüb yeyir.
 Hörümçəyin qidalanması maraqlıdır. Hörümçək öz şikarını sancmaqla onun bədəninə xüsusi maddə yeridir və bu maddə şikarının daxilini mayeyə çevirir. Hörümçək isə onu sorur. 


Bəzi hörümçəklər qurbağa, quş, kərtənkələ ilə də qidalanır. Belə hörümçəklər Afrikada olur və quşyeyən hörümçəklər  adlanır.

















пятница, 11 апреля 2014 г.

Baramaqurdu....

 Səhər açıldı . Biz həyəcanlı idik. Kitablarda gördüyümüz baramaqurdu ilə tanış olacaqdıq.   Bunu  öyrənmək məqsədi ilə qrupumuzun üzvləri ilə birlikdə  “Şəki-İpək” ASC  şirkətinin qonağı olduq.  
           Həmin şirkətin nümayəndəsindən xahiş etdik ki,  baramaqurdunun necə ipək hazırladığı haqqında  bizə məlumat versin və mümkünsə onları bizə göstərsin. 
         Həmin nümayəndə bizə insanı valeh edən ipəyin  əslində gərgin və məşəqqətli  yollardan keçərək əldə olunduğunu izah etdi.O dedi:

       " İpək istehsalı tut ipəkqurdu kəpənəyi toxumunun əldə edilməsindən başlayır. Bu canlının yumurtası ağ rəngdə, xaşxaş dənəsindən azacıq böyük olur. Yaz fəslində tut ağacının yarpaqları çiçəkləyən kimi həmin yumurta da açılır, içindən sancağın arxası qalınlığında, bir neçə millimetr uzunluğunda qara rəngli kiçik bir qurd xaric olur. O, tut ağacının yarpaqları ilə qidalanır, yavaş-yavaş böyüyür, daha sonra yuxuya dalır. Onun yuxusu təqribən iki sutka çəkir.

        Yuxuda olduqda ayaqları aşağıda, əlləri ilə başı isə yuxarıda olur. O, həmin halda nə yeriyir, nə də qidalanır. Əgər əl ilə ona toxunsaq, azacıq, yalnız diri olması məlum olacaq       qədər hərəkət edəcək. İki sutkadan sonra oyanır və dərisini       dəyişir. Öz köhnə dərisini yerə qoyur, onun arasından yeni dəri və yeni bədənlə xaric olur. Bu halda bir az böyük, rəngi azacıq ağarmış olur.                                                                                       
    Bu proses bir neçə dəfə təkrarlanır.
   Daha sonra o  barama hazırlamağa başlayır. O baramanı ağızının suyu ilə düzəltdiyi ,durmadan ağ­zından xaric etdiyi sapabənzər incə maddədən hazirlayır . Bu onun üçün çox zəruridir. O özünü gizlətməsə, çoxsaylı təhlükələrlə qarşılaşar. Belə ki, ya baramaqurdunun ən böyük düşməni olan qarışqa onu parçalayaraq öz yuvasına aparar, ya sərçələr birbaşa udaraq həyatına son qoyar, ya da əl-ayaq altında qalıb tapdanar.



      Baramaqurdu həmin baramanı  tut ağacının budaqları arasında, yaxud içinə qoyulmuş olduğu qutuda inşa edir. Bu barama o qədər zərif və incədir ki, insan ondan faydalanmağa üstünlük verir, ondan ipək kimi geyim hazırlanmasında istifadə edir.  
      Bütün bu məlumatlardan sonra kiçik baramaqurdunu görmək həvəsi bizi daha da həyəcanlandırdı. Biz həmin nümayəndədən xahiş etdik ki ,baramaqurdunu bizə göstərsin.O da bizim marağimizi görüb bizi baramaqurdunun saxlandigi yere apardi.



Gördüklərimizi  fotokameralarımızın yaddaşına köçürdük. Ümidvarıq ki çəkdiyimiz şəkilləri bəyəndiniz,araşdırmalarımız da sizin üçün maraqlı oldu
Biz“Şəki-İpək” ASC şırkətinin əməkdaşlarına təşəkkürümüzü bildirdik və onlarla  sağollaşdıq.Geri qayidarkən biz yolda kollar arsında tor gördük.Düşündük ki bu da
baramaqurdudur.Amma valideynlərimiz izah etdi ki,bu tor hörümçək torudur. Qrup üzvlərimizlə birlikdə qərara gəldik ki,Şəkidən qayıtdıqdan sonra yeni araşdırmalara başlayaq.Bu dəfəki araşdırmamız hörümçəklər haqqında olacaq. Bu araşdırmalar nəticəsində aldığımız məlumatları sizinle yaxın zamanlarda bölüşəcəyik.
 


Baramaqurdunun sirri

Bir şeyin ərsəyə gəlməsində insanların böyük əziyyəti ,zəhməti var. Kitabın ,parçanın,geyimlərin və s. yaradılmasında insanın böyük rolu var. İnsanlar hər şeyə qadirdirlər,onlar hər şeyi yarada bilərlər.Çünki onların şüuru,ağlı var






      Amma biz heç vaxt düşünə bilməzdik ki, həşəratlar  da insanlara kömək  edə bilərlər.


      Biz qərara gədik ki ,sabah bunu araşdıraq və baramaqurdunun sirrini ortaya çıxaraq.Görəsən, «ipəy»in ərsəyə gəlmə prosesi hansı mərhələlərdən keçir? Kəlağayıya, köynəyə, çeşidli libaslara çevrilən ipək parçanın bir məhsul kimi  ortaya çıxması üçün insanlar hansı əziyyətlərə  qatlaşırlar?

                 Dostlar, bütün bu suallara mütləq cavab axtarib sizinlə paylaşacağıq. 

четверг, 10 апреля 2014 г.

Şəkiyə səyahət

     Salam ! Biz 3cü sinif sagirdləriyik. Müəllimimizin verdiyi tapşırıq əsasında  səhər vaxtı valideynlərimizlə birlikdə yola düşdük. Hava qaranlıq idi. Butun qrup üzvlərimiz cox həyəcanlı idi. Biz ilk dəfə Şəkini görəcəkdik. Bir neçə saatdan sonra sürücü Şəkiyə çatdığımızı xəbər verdi. Şəki ilk saniyədən bizi valeh etdi



  Şəki Azərbaycanın ən gözəl  şəhərlərindəndir. Burada təbiət  ilə sənət möcüzəsi bir-birinə çox bağlıdır.. Şəkinin suyu və havası, bağı və bağçası, şirin-şəkər ləhcəsi insana xoş təsir bağışlayır.Şəki haqqında söhbət bitməz tükənməzdir.Hansından danışasan?Növbənöv Şəki şirniyyatından,



         Şəki mətbəxinin dadı damaqdan getməyən ləziz-ləziz  yeməklərındən. Burada xüsusilə pitini qeyd edərdik.

      Fursətdən istifadə edib buradakı memarlıq abidələri ilə tanış olduq.












     Daha sonra biz Şəkinin kiçik mağazalarında olduq.Orada olan al-əlvan şallar,kəlağayılar,ipək parçalar bizi cəlb etdi və biz satıcıdan  bu məhsulların haradan gətirildiyini soruşduq. O isə cavabında bizə bu məhsulların Şəkinin özündə istehsal olunduğunu bildirdi. Hətta o  elə məlumat verdi ki ,biz çox təəccübləndik. O dedi ki, ipək parçaların istehsalında nəinki insanların, hətta həşəratların köməyi var. Biz qərara gəldik ki, bunu araşdıraq və məktəbimizə məlumat aparaq.