пятница, 11 апреля 2014 г.

Baramaqurdu....

 Səhər açıldı . Biz həyəcanlı idik. Kitablarda gördüyümüz baramaqurdu ilə tanış olacaqdıq.   Bunu  öyrənmək məqsədi ilə qrupumuzun üzvləri ilə birlikdə  “Şəki-İpək” ASC  şirkətinin qonağı olduq.  
           Həmin şirkətin nümayəndəsindən xahiş etdik ki,  baramaqurdunun necə ipək hazırladığı haqqında  bizə məlumat versin və mümkünsə onları bizə göstərsin. 
         Həmin nümayəndə bizə insanı valeh edən ipəyin  əslində gərgin və məşəqqətli  yollardan keçərək əldə olunduğunu izah etdi.O dedi:

       " İpək istehsalı tut ipəkqurdu kəpənəyi toxumunun əldə edilməsindən başlayır. Bu canlının yumurtası ağ rəngdə, xaşxaş dənəsindən azacıq böyük olur. Yaz fəslində tut ağacının yarpaqları çiçəkləyən kimi həmin yumurta da açılır, içindən sancağın arxası qalınlığında, bir neçə millimetr uzunluğunda qara rəngli kiçik bir qurd xaric olur. O, tut ağacının yarpaqları ilə qidalanır, yavaş-yavaş böyüyür, daha sonra yuxuya dalır. Onun yuxusu təqribən iki sutka çəkir.

        Yuxuda olduqda ayaqları aşağıda, əlləri ilə başı isə yuxarıda olur. O, həmin halda nə yeriyir, nə də qidalanır. Əgər əl ilə ona toxunsaq, azacıq, yalnız diri olması məlum olacaq       qədər hərəkət edəcək. İki sutkadan sonra oyanır və dərisini       dəyişir. Öz köhnə dərisini yerə qoyur, onun arasından yeni dəri və yeni bədənlə xaric olur. Bu halda bir az böyük, rəngi azacıq ağarmış olur.                                                                                       
    Bu proses bir neçə dəfə təkrarlanır.
   Daha sonra o  barama hazırlamağa başlayır. O baramanı ağızının suyu ilə düzəltdiyi ,durmadan ağ­zından xaric etdiyi sapabənzər incə maddədən hazirlayır . Bu onun üçün çox zəruridir. O özünü gizlətməsə, çoxsaylı təhlükələrlə qarşılaşar. Belə ki, ya baramaqurdunun ən böyük düşməni olan qarışqa onu parçalayaraq öz yuvasına aparar, ya sərçələr birbaşa udaraq həyatına son qoyar, ya da əl-ayaq altında qalıb tapdanar.



      Baramaqurdu həmin baramanı  tut ağacının budaqları arasında, yaxud içinə qoyulmuş olduğu qutuda inşa edir. Bu barama o qədər zərif və incədir ki, insan ondan faydalanmağa üstünlük verir, ondan ipək kimi geyim hazırlanmasında istifadə edir.  
      Bütün bu məlumatlardan sonra kiçik baramaqurdunu görmək həvəsi bizi daha da həyəcanlandırdı. Biz həmin nümayəndədən xahiş etdik ki ,baramaqurdunu bizə göstərsin.O da bizim marağimizi görüb bizi baramaqurdunun saxlandigi yere apardi.



Gördüklərimizi  fotokameralarımızın yaddaşına köçürdük. Ümidvarıq ki çəkdiyimiz şəkilləri bəyəndiniz,araşdırmalarımız da sizin üçün maraqlı oldu
Biz“Şəki-İpək” ASC şırkətinin əməkdaşlarına təşəkkürümüzü bildirdik və onlarla  sağollaşdıq.Geri qayidarkən biz yolda kollar arsında tor gördük.Düşündük ki bu da
baramaqurdudur.Amma valideynlərimiz izah etdi ki,bu tor hörümçək torudur. Qrup üzvlərimizlə birlikdə qərara gəldik ki,Şəkidən qayıtdıqdan sonra yeni araşdırmalara başlayaq.Bu dəfəki araşdırmamız hörümçəklər haqqında olacaq. Bu araşdırmalar nəticəsində aldığımız məlumatları sizinle yaxın zamanlarda bölüşəcəyik.
 


Комментариев нет:

Отправить комментарий